Vensdən xəbərdarlıq: “Zelenski sülhdən imtina etdikcə Oval kabinetə qayıtmayacaq”

Dünya

04.03.2025 - 16:38

Həkimlər Klinikalar SEO Xidməti

“O, Donald Trampla mübahisə etməklə sülh prosesində iştirakdan açıq şəkildə boyun qaçırdığını göstərdi”

“Volodimir Zelenski Ukrayna müharibəsinin həll olunması üzrə sülh sazişinin təfərrüatlarının müzakirəsindən imtina etdikcə Oval kabinetə qayıda bilməyəcək”. AYNA.AZ xəbər verir ki, bu sözləri ABŞ-ın vitse-prezidenti C.D.Vens “Fox News”a müsahibəsində deyib.

“Zelenski sülh sazişinin təfərrüatlarının müzakirəsindən imtina etdikcə Oval kabinetə və ya başqa yerə qayıda bilməz. O, ABŞ Prezidenti Donald Trampla mübahisə etməklə sülh prosesində iştirakdan açıq şəkildə boyun qaçırdığını göstərdi”, - deyə vitse-prezident bildirib.

Vens həmçinin görüşün ilk yarım saatı ərzində ABŞ liderinin özünə qarşı yönələn “tikanlı sözlərə” və “yalanlara” baxmayaraq, mehriban və nəzakətli olmağa çalışdığını söyləyib.

“Sülh sazişi heç kəsi xoşbəxt etməyəcək və hər bir tərəf nədənsə imtina etməli olacaq”, - deyə qeyd edib.

Kiyev üçün təhlükəsizlik zəmanəti barədə isə deyib ki, “bunun üçün ən yaxşı variant Ukraynanın gələcəyi ilə bağlı ABŞ-a iqtisadi fürsət verilməsidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş