Venesuelada qanunsuz mədən çöküb: 15 nəfər ölüb

Dünya

22.02.2024 - 13:19

Xilasetmə işləri davam edir, hadisə yerinə iki helikopter cəlb olunub

Venesuela Prezidenti Nikolas Maduro ölkənin Bolivar ştatında qeyri-qanuni açıq mədənin çökdüyünü bildirib. AYNA xəbər verir ki, bu barədə VTV kanalı məlumat yayıb.

Maduro şaxtanın çökməsi nəticəsində 15 nəfərin öldüyünü söyləyib. Onun sözlərinə görə, daha 11 nəfər yaralanıb.

Xilasetmə işləri davam edir, hadisə yerinə iki helikopter cəlb olunub.

"Qubernator Anxel Markano qanunsuz Bulya Loca mədənində axtarış-xilasetmə əməliyyatlarında şəxsən iştirak edir", - Prezident vurğulayıb.

Qeyd edək ki, açıq mədənin çökməsi hadisəsi bir gün əvvəl baş verib. İnternetdə yayımlanan görüntülərdə mədəndə onlarla insanın olduğu görünür. Bələdiyyə başçısı 70-ə yaxın şaxtaçının dağıntılar altında qaldığını bildirib, lakin Maduro bu təxminləri təsdiqlənməmiş adlandırıb.

Müəllif: Ayna.az

Satranç ustadı

Dünən, 10:00 Aktual