Qərar milli iqtisadiyyatı beynəlxalq sanksiyaların nəticələrindən qorumaq məqsədi daşıyır
Venesuela Prezidenti Nikolas Maduro ABŞ-ın “tarif müharibəsi” adlandırılan ticarət tarifləri qərarından sonra ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, qərar bu gün qüvvəyə minəcək və milli iqtisadiyyatı beynəlxalq sanksiyaların nəticələrindən qorumaq məqsədi daşıyır.
Bu barədə Madro “Venezolana de Televisión” telekanalında müsahibəsində deyib.
"Venesuela ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra öz iqtisadiyyatını qorumaq planına malikdir. Biz qlobal ticarət müharibəsi ilə üz-üzəyik", Venesuela Prezidenti qeyd edib.
Maduro ABŞ-ın qlobal iqtisadi normaları pozduğunu, beynəlxalq ticarət qanunlarını və Ümumdünya Ticarət Təşkilatının (ÜTT) işini pozduğunu bildirib. Onun sözlərinə görə, bütün dünya maliyyə böhranından əziyyət çəkib, xüsusən də Amerika vətəndaşları.
Prezident vurğulayıb ki, Venesuela ölkəni potensial təhlükələrdən qorumaq və qlobal iqtisadi təcavüzə cavab tədbirləri görmək üçün ticarət müharibəsinin nəticələrini diqqətlə izləyir.
“Bu tədbirlə biz beynəlxalq sanksiyalara qarşı durmaq və ölkənin iqtisadi rifahını təmin etmək, bununla da daha firavan gələcəyə doğru irəliləməyə imkan verəcək strategiyaları gücləndirmək öhdəliyimizi bir daha təsdiqləyirik”, - deyə Prezident vurğulayıb.