Azərbaycanda 2135 vəkil fəaliyyət göstərir
Hazırda Azərbaycanda 2135 vəkil fəaliyyət göstərir. AYNA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.
"Bu say daim dəyişir. Çünki vəkilliyə qəbul olunan şəxslər, dövlət qulluğuna keçən şəxslər olur. Əminliklə demək olar ki, gələn ay vəkillərin sayı 2200 nəfəri ötəcək. Hazırda vəkilliyə namizədlər bütün mərhələlərdən keçib, imtahanı uğurla veriblər. Ədliyyə Akademiyasında kurslar tamamlanıb. Gələn ay ərzində çoxsaylı namizədləri vəkilliyə qəbul edəcəyik", - kollegiya sədri bildirib.
A.Bağırov qeyd edib ki, hazırda Azərbaycan Vəkillər Kollegiyasının 300 nəfərdən artıq qadın vəkil üzvü var: "Hazırda Qadın Vəkillərin Alyansı yaradılıb. Bu gün Rəyasət Heyətinin iclasında Alyansın əsasnaməsi təsdiq olunacaq. Ümid edirəm ki, bu səmərəli fəaliyyət göstərən qurum olacaq".