Antoni Blinken: “Önümüzdəki aylar bu fürsəti reallığa çevirmək üçün kritik olacaq”
ABŞ dövlət katibi Antoni Blinken Gürcüstanı Müstəqillik Günü münasibətilə təbrik edərək, ölkə liderlərini onun “Avro-Atlantik gələcəyini” təmin etmək üçün lazımi addımları atmağa çağırıb və qarşıdakı ayların kritik olacağı ilə bağlı xəbərdarlıq edib. Bu barədə AYNA gürcü mediasına istinadən bildirir.
ABŞ və Aİ Gürcüstandan sanksiyalarla hədələyən və inteqrasiya perspektivlərini məhdudlaşdıran “Xarici agentlər” haqqında qanundan imtina etməyi tələb edir.
“Bu, Gürcüstan xalqı üçün mühüm 12 aydır, o cümlədən Aİ üzvlüyünə namizəd statusunun tarixi nailiyyətidir. Önümüzdəki aylar bu fürsəti reallığa çevirmək üçün kritik olacaq”, - Blinken bildirib.
“Birləşmiş Ştatlar gürcü xalqının Avro-Atlantik gələcəyə olan istəklərini güclü şəkildə dəstəkləməyə davam edəcək. Biz Gürcüstan liderlərini ölkəni düzgün istiqamətdə irəliləmək üçün lazımi addımları atmağa çağırırıq”, - deyə dövlət katibi əlavə edib.