Liderlər yarımadada sülh və sabitliyə sadiq olduqlarını bir daha təsdiqləyiblər
Rəsmi Vaşinqton və Seul Şimali Koreyanın nüvəsizləşdirilməsinə sadiq olduqlarını açıqlayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə Ağ Evin saytında məlumat yerləşdirilib.
Bildirilib ki, ABŞ və Cənubi Koreya liderləri Donald Tramp və Li Ce Myonq Şimali Koreyanın tamamilə nüvəsizləşdirilməsinə, yarımadada sülh və sabitliyə sadiq olduqlarını bir daha təsdiqləyiblər.
İki lider həmçinin Şimali Koreyanı "dialoq" aparmağa və "beynəlxalq öhdəliklərinə" əməl etməyə çağırıblar.