“Azərişıq” əməkdaşları təhlükə yaradan elektrik dirəklərini yeniləri ilə əvəzləyiblər
Qazax rayonu, Daş Salahlı kəndinin Molla Pənah Vaqif küçəsinin sakinləri iki gün əvvəl AYNA-ya müraciət etmişdilər ki, təhlükə ilə üz-üzə qalıblar. Onlar bildirirdilər ki, şairin adını daşıyan küçədəki elektrik dirəkləri təhlükə saçır.
Dünən Qərb RETSİ- nin Qazax Elektrik Şəbəkəsinin vəzifəlisi küçədə baxış keçirib. Məlum olub ki, sakinlərin şikayəti əsaslıdır.
Sakinlər AYNA-ya göndərdikləri yeni məktubda bildirirlər ki, bu gün problem aradan qaldırılıb. Qərb RETSİ- nin Qazax Elektrik Şəbəkəsinim əməkdaşları köhnə elektrik dirəklərini yeniləri ilə əvəzləyiblər. Əməkdaşlar söz veriblər ki, digər küçələrdəki təhlükə yaradan köhnə elektrik dirəkləri mərhələli şəkildə yeniləri ilə əvəzlənəcək.


