Vanetsyan: “Paşinyan satqındır”

Dünya

19.04.2023 - 17:26

cedabet dərman SEO Xidməti

“Mənim ifadələrim heç bir şəkildə dəyişməyib”

“Mənim ifadələrim heç bir şəkildə dəyişməyib. Bəli, şübhəsiz ki, Paşinyan satqındır”. AYNA erməni mediasına istinadən bildirir ki, bu sözləri Ermənistanın “Vətən” Partiyasının sədri, Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş rəhbəri Artur Vanetsyan deyib.

Onun sözlərinə görə, əmindir ki, araşdırma aparılarsa, dediyi hər şey öz təsdiqini tapacaq.

“Bu gün onlar hər kəsi mühakimə edirlər, ittiham edirlər: fərarilərdən danışırlar, “beşinci kolon”dan danışıqlar... Onlar üçün hamı günahkardır. Yaxşı, bu baş verənləri kim etdi? Qərar verən də Paşinyandır, icra edən də... Yüksək vəzifəli məmurun əsas bacarığı düzgün qərar qəbul etmək olmalıdır. Əgər bu bacarığınız yoxdursa, getsin”, – Vanetsyan vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş