Vaksinasiya olunanların sayı açıqlanıb

Cəmiyyət

18.01.2022 - 21:17

COVID-19 əleyhinə vaksinasiya prosesi davam edir

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vurulan peyvəndlərin sayı açıqlanıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə 29 596 vaksin vurulub.

Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 044, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 504, buster doza üzrə vaksinasiya olunanların sayı isə 23 048 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 11 701 685, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 203 374, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 717 982, buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 780 329 təşkil edir.

Müəllif: Ayna.az