ÜST: "Dünyada COVID-19-la bağlı fövqəladə vəziyyət başa çatıb"
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib.
AYNA xəbər verir ki, bu barədə qurumun Baş katibi Tedros Qebreyesus məlumat verib.
Tedros Qebreyesus bəyan edib ki, COVID-19 indi oturuşmuş və davam edən səhiyyə məsələsidir və artıq beynəlxalq narahatlığa səbəb olan ictimai sağlamlıq üçün fövqəladə vəziyyət deyil.
Bununla belə, Qebreyesus qeyd edib ki, bu, koronavirusun səhiyyə sahəsinə qlobal təhlükə olmadığı anlamına gəlmir.
O bildirib ki, koronavirus hələ də qalır, buna görə də bütün dövlətlər digər yoluxucu xəstəliklər kimi, COVİD-19-la da mübarizənin yollarını öyrənməlidir.
Koronavirus pandemiyası başlayandan 20 milyon insan xəstəlikdən dünyasını dəyişib.