Virusun indiki davranışını nəzərə alanda sıfır COVID-19 siyasəti təqdirəlayiq hesab edilmir
Çin hökumətinin tətbiq etdiyi sıfır covid siyasəti təqdirəlayiq deyil. AYNA-nın xəbərinə görə, bunu ÜST-nin Baş direktoru Tedros Adanom Qebreyesus çinli ekspertlərlə görüşdə bildirib.
“Virusun indiki davranışını müşahidə etdikdə biz sıfır COVİD-19 siyasətinin təqdirəlayiq olduğunu düşünmürük. Başqa bir strategiya seçmək vacibdir” – deyə Qebreyesus vurğulayıb.