Uqandada ağır yol qəzasında 15 nəfər ölüb

Dünya

20.06.2024 - 08:51

Həkimlər Klinikalar SEO Xidməti

Uqandada yük avtomobilinin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində azı 15 nəfər ölüb.

AYNA xəbər verir ki, bu barədə yerli “Monitor” nəşri məlumat yayıb.

“Kimliyi təyin edilməyən sürücü yamacda idarəetməni itirib və nəticədə 15 nəfər ölüb, onlardan 11-i yerindəcə ölüb. Digər dörd nəfər isə xəstəxanada keçinib”, – polis nümayəndəsi açıqlayıb.

Yerli həmkarlar ittifaqının rəhbəri Frank Muyimbvanın sözlərinə görə, yük maşınında 55 alverçi hərəkət edirdi.

Müəllif: Ayna.az