Ukraynaya məxsus PUA-lar Azovda neft çənlərini vurub

Dünya

18.06.2024 - 14:36

Həkimlər Klinikalar SEO Xidməti

Neft çənləri ilə yanaşı, liman ərazisindəki metanol istehsalı zavodu da yanıb

İyunun 18-nə keçən gecə Rostov vilayətinin Azov şəhərində Ukraynaya məxsus pilotsuz uçuş aparatları neft məhsulları olan çənlərə hücum edib və nəticədə yanğın baş verib. AYNA xəbər verir ki, bu barədə vilayət qubernatoru Vasili Qolubev bildirib.

“İlkin məlumatlara görə, xəsarət alan yoxdur. Fövqəladə Hallar Nazirliyinin bölməsi yanğının söndürülməsini təşkil edib. Regional mülki müdafiə və fövqəladə hallar idarəsinin rəisi hadisə yerinə gediblər”, – Qolubev “Telegram” kanalında yazıb.

“Baza” “Telegram” kanalının məlumatına görə, yanğın başlamazdan əvvəl Azovda təxminən beş partlayış səsi eşidilib. Neft çənləri ilə yanaşı, liman ərazisindəki metanol istehsalı zavodu da yanıb. Azovda neft anbarı və limanda metanol ötürmə terminalı var. Bununla belə, FHN 5 min kvadratmetr sahədə yalnız neft məhsulları olan çənin söndürüldüyünü açıqlayıb.

“Hadisə yerinə yanğınsöndürən qatarı göndərilib. Yanğının söndürülməsinə 73 mütəxəssis və 21 texnika cəlb olunub. Ölən və yaralananlar olmayıb”, - nazirlikdən qeyd edilib.

Müəllif: Ayna.az