Sakinlərdən təcili olaraq sığınacaqlara getmələri xahiş olunur
Ukraynanın bir çox şəhərlərində hava həyəcanı siqnalı verilib, sirena səsləri eşidilir.
AYNA UNİAN-a istinadən bildirir ki, sakinlərdən təcili olaraq sığınacaqlara getmələri və müharibə zamanı təhlükəsizlik tədbirlərinə riayət etmələri xahiş olunur.
Məlumata görə, hazırda ölkədə raket zərbəsi təhlükəsi var. Bundan əlavə, Lubna, Svetlovodsk, Kamenes-Podolsk, Uman, Starokonstantinovka, Xmelnitsk, Jitomir, Korosten, Vasilkov, Beloy Çerkov, Qostomel və Vinnisa şəhərlərində, Kirovoqrad, Volınsk, Sumı, Rovensk vilayətlərində hava həyəcanı elan edilib.
Paytaxt Kiyevdə də partlayış səsləri eşidilir. Buna görə də sakinlərə də sığınacaqda qalmaları tövsiyə olunur.