Ukraynanın hava məkanı bağlanıb?

Dünya

13.02.2022 - 14:03

Həkimlər Klinikalar SEO Xidməti

Beynəlxalq reyslərə aid uçuşlar davam edir

Ukrayna üzərində hava məkanının bağlanması xəbərinə baxmayaraq, beynəlxalq reyslərə aid təyyarələr ölkənin Borispol Hava Limanına enməyə və oradan uçuşa davam edirlər. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə “Flightradar24” məlumat verir.

Bu gün Vyana və Dubaydan olan mülki təyyarələr Borispola eniş ediblər. Kiyevdən isə təyyarə Polşanın Katovitse şəhərinə uçmağa hazırlaşır. Moskvadan Kişinyova uçan təyyarə isə Ukrayna hava məkanı üzərindən uçur. Bundan əlavə, Milan, Stokholm və Parisdən uçuşlar Ukraynanın hava məkanı zonasına doğru hərəkət edirlər.

Qeyd edək ki, bu gün səhər Ukraynanın “SkyUp” aviaşirkəti Madeyra adasından Kiyevə uçan təyyarənin ölkədəki vəziyyətlə əlaqədar Kişinyova enməsi barədə xəbər yayılıb. Uçuş zamanı təyyarə heyətinə məlumat verilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar olaraq, təyyarəni icarəyə verən tərəf hava gəmisinin Ukraynaya enməsini qadağan edib.

Bundan əvvəl məlum olub ki, Ukrayna Qərb sığorta şirkətlərinin hərəkətləri fonunda fevralın 14-dən etibarən təyyarələr üçün hava məkanını tamamilə bağlayacaq. “Bazar ertəsi günortadan etibarən Ukraynadan heç bir təyyarə havaya qalxmayacaq”, - mənbə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş