Ukraynalı futbolçu müharibədə həlak oldu

Dünya

03.03.2022 - 16:14

Həkimlər Klinikalar SEO Xidməti

Prezident Sapiloya Ukrayna Qəhrəmanı adı verib

Lvovun "Karpatı" futbol məktəbinin yetirməsi olan Vitali Sapilo Rusiya ordusuna qarşı döyüşlərdə həlak olub.

AYNA Ukrayna mediasına istinadən bildirir ki, futbolçu olan Sapilo döyüşlərdə tank taqımının komandirliyini edib. 

Döyüşçü Rusiyanın üç tankını və onlarla hərbi texnikasını sıradan çıxara bilib. Sapilo Kiyevə hava zərbəsi nəticəsində həlak olub. 

Ukrayna Prezidenti Vladimir Zelenski V.Sapiloya Ukrayna Qəhrəmanı (ölümündən sonra) adı verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş