Ukraynada vağzala “Toçka-U” raketi atıldı: 39 nəfər ölüb - FOTO

Dünya

08.04.2022 - 16:18

Həkimlər Klinikalar SEO Xidməti

Mer: "Xəstəxanalar yaralılarla doldu"

“Kramatorsk xəstəxanaları raket zərbəsi endirilmiş vağzaldan gətirilən yaralıların çoxluğu ilə bacarmır”. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Kramatorsk meri Aleksandr Qonçarenko məlumat verib.

Onun sözlərinə görə, faciədən sonra xəstəxanada 30-40 cərrah eyni zamanda əməliyyat aparır.

“Çox ağır yaralılar var, əlləri, ayaqları qopub, eyni zamanda 30-40 cərrah əməliyyat edir”, - Qonçarenko deyib.

O əlavə edib ki, raketlərin qalıqlarını dəmiryolu vağzalından 40 metr aralıda da tapırlar ki, bu da zərbənin çox güclü olduğundan xəbər verir.

Merin sözlərinə görə, hadisə zamanı vağzalda təxliyə gözləyən təxminən dörd min insan olub.

Ukraynada, Kramatorsk şəhərində dəmiryolu vağzalına iki ədəd “Toçka-U” raketinin atılması nəticəsində, ilkin məlumata görə, 39 nəfər həlak olub, onlardan dördü uşaqdır.

Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artyom Dextyarenko “Facebook”da məlumat verib.

Onun sözlərinə görə, fakt üzrə Cinayət Məcəlləsinin 438-ci maddəsi (müharibə qanun-qaydalarının pozulması) üzrə cinayət işi açılıb.

 

Ukraynada vağzala “Toçka-U” raketi atıldı: 39 nəfər ölüb - Ukraynada vağzala “Toçka-U” raketi atıldı: 39 nəfər ölüb - Ukraynada vağzala “Toçka-U” raketi atıldı: 39 nəfər ölüb -
Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş