Ukraynada məktəb yaxınlığında atışma baş verib

Dünya

04.10.2022 - 00:36

Hücum edən şəxsin avtomatdan atəş açdığı ehtimal olunur

Ukraynanın Çernivts şəhərində naməlum şəxs məktəb yaxınlığında atəş açıb. AYNA REN TV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 yaşlı polis əməkdaşı öldürülüb. Bildirilib ki, xeyli sayda yaralılar var.

Hazırda Vorobkeviç küçəsində nəqliyyatın hərəkəti dayandırılıb.

İlkin versiyaya görə, hücum edən şəxs avtomatdan atəş açıb. O, hadisəni törədəndən sonra ərazidən qaçıb.

Onun məktəb binasında gizləndiyi ehtimal edilir.

Müəllif: Ayna.az