Dəhlizlərdən 5-i döyüşlərin daha çox getdiyi Luqansk üçün nəzərdə tutulub
Ukraynada aprelin 12-də əhalinin təxliyəsi üçün 9 humanitar dəhlizin açılması razılaşdırılıb. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk bildirib.
Vereşçuk deyib ki, humanitar dəhlizlərdən 5-i döyüşlərin daha çox getdiyi Luqansk regionu üçün nəzərdə tutulub.
Qeyd edək ki, dünən Ukraynanın şəhərlərindən humanitar dəhlizlər vasitəsilə ümumilikdə 4354 nəfərin təxliyə edilib. Mühasirədə saxlanılan Mariupolu isə 550 mülki şəxs tərk edə bilib.