Ukrayna və Rusiya əsirləri dəyişdiriblər

Dünya

09.04.2022 - 22:28

Həkimlər Klinikalar SEO Xidməti

İrina Vereşuk: "12 əsgərimiz evə qayıdır"

Ukrayna və Rusiya Rusiya Federasiyası genişmiqyaslı müharibənin başlanmasından bu günə kimi üçüncü dəfə əsir mübadiləsini həyata keçirib.

Bu barədə AYNA Ukrayna baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşukun "Telegram"dakı paylaşımına istinadən xəbər verir.

Onun sözlərinə görə, əsirlərin dəyişdirilməsi Prezident Volodimir Zelenskinin göstərişi ilə baş tutub.

"12 əsgərimiz evə qayıdır ki, onlardan biri qadın zabitdir. Biz də 9-u qadın olmaqla 14 mülki şəxsi azad etdik. Ümumilikdə 26 nəfərimiz azad edildi", - o yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş