“Azovstal” ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəlinib
Ukrayna və Rusiya “Azovstal” ərazisində mayın 5-dən 7-dək atəşkəs rejiminin yaradılması barədə razılığa gəliblər. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Baş nazirinin müavini İrina Vereşçuk deyib.
“Bu vaxt hərbçilərimizə qadın və uşaqları dağıntılar altından və zirzəmilərdən çıxarıb təxliyə məqsədilə təhvil vermək üçün lazımdır. Ruslar “Azovstal”ın bütün yollarını minalayırlar. Ona görə də avtobusların əraziyə çata bilməsi üçün minaları təmizləmək üçün də əlavə vaxt lazımdır”, - deyə Vereşçuk bildirib.
Vereşçuk qeyd edib ki, söhbət yalnız mülki şəxslərin təxliyəsindən gedir: “Yaralı əsgərlərimizin siyahısı da qarşı tərəfə verilib. Lakin onların çıxarılması ilə bağlı hələlik razılaşma yoxdur”.