Ukrayna və Rusiya arasında danışıqlar başlayıb

Dünya

28.02.2022 - 15:08

Həkimlər Klinikalar SEO Xidməti

İki ölkənin nümayəndə heyətləri danışıqlara başlayıblar

Belarusda Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar başlayıb. AYNA xəbər verir ki, bu barədə BELTA məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Rusiya nümayəndə heyətinə Prezidentin köməkçisi, keçmiş mədəniyyət naziri Vladimir Medinski başçılıq edir. Ukrayna tərəfdən isə müdafiə naziri, Ali Radada “Xalqın xidmətçisi” fraksiyasının rəhbəri və xarici işlər nazirinin müavini var.

Qeyd edək ki, fevralın 27-də Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Rusiya Federasiyasının nümayəndə heyətinin danışıqlar üçün Qomel şəhərinə getdiyini və Ukrayna nümayəndələrini gözlədiklərini bildirib. Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin Varşava, Bratislava, Budapeşt, İstanbul və ya Bakıda danışıqlara hazır olduğunu açıqlayıb: "Bəli, hər hansı başqa şəhər bizə uyğun gəlir. Ərazisindən raketlər uçmayan bir ölkədə".

Sonradan məlum olub ki, danışıqlar Ukrayna və Belarus sərhəddində aparılacaq. Fevralın 28-də səhər saatlarında Belarus Xarici İşlər Nazirliyi iki nümayəndə heyətinin görüşü üçün yerin hazırlandığını açıqlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş