Dmitri Kuleba Hakan Fidan ilə birgə mətbuat konfransı keçirib
"Ukrayna taxılının daşınması üçün alternativ yollar nəzərdən keçirilir, lakin Qara dəniz marşrutu daha əlverişlidir".
AYNA APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba türkiyəli həmkarı Hakan Fidan ilə birgə mətbuat konfransı zamanı bildirib.
O qeyd edib ki, bunun üçün Rusiya tərəfindən Qara dənizin blokadasına son qoyulmalıdır.
Kulebə həmçinin bildirib ki, Ukrayna müharibədə Türkiyə diplomatiyasınının vasitəçiliyini təqdir edir.
Nazir qeyd edib ki, müharibənin Rusiya üçün də müsbət tərəfi yoxdur və Kiyev Moskva ilə daimi sülhün bərpası ilə bağlı danışıqlar aparan Türkiyəyə təşəkkür edir.