Ukrayna “Taxıl sazişi”nə alternativ variantları nəzərdən keçirir

Dünya

03.06.2023 - 09:34

Solski: "O zaman bizdən və BMT-dən asılı olan “B” planına hazır olacağıq"

“Ukrayna Rusiyanın iştirakı olmadan “Taxıl sazişi”nə alternativ variantları nəzərdən keçirir”.

AYNA “Reuters”ə istinadən xəbər verir ki, bunu Ukraynanın aqrar siyasət və ərzaq naziri Nikolay Solski bildirib.

Onun sözlərinə görə, taxıl dəhlizi indi faktiki olaraq bağlanıb, çünki Rusiya Odessanın Yujnı limanına gedən gəmilərin qeydiyyatını məhdudlaşdırıb.

“Bu cür işləməli deyil. O zaman bizdən və BMT-dən asılı olan “B” planına hazır olacağıq. Yaxın gələcəkdə belə davam etsə, boş qalmayacağımızı düşünmürəm”.

O, aydınlaşdırıb ki, ikinci plan dördüncü tərəfi, yəni Rusiyanı bu münasibətlərdən kənarlaşdırır.

Müəllif: Ayna.az