Ukrayna Rusiyanın müharibədəki itkilərinin sayını açıqlayıb

Dünya

26.08.2022 - 13:37

Həkimlər Klinikalar SEO Xidməti

Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-yə çatıb

"Ukraynada Rusiya ordusunun daha 400 hərbçisi məhv edilib".

AYNA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 46 250-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 1 936 tank, 4 251 zirehli döyüş maşını, 1040 artilleriya sistemi, 272 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 834 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 162 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş