Rusiya ən böyük itkini Baxmut istiqamətində verib
Son sutka ərzində Ukraynada Rusiyanın 200 əsgəri məhv edilib. AYNA UNİAN-a istinadən bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatında qeyd olunub.
Bildirilib ki, iyulun 20-nə olan məlumata görə, Rusiyanın Ukraynadakı itkiləri təxminən 38 750 nəfərə çatıb.
“Gün ərzində ölkəmizdə doqquz tank, 13 zirehli döyüş maşını, beş artilleriya sistemi, iki reaktiv yaylım atəşi sistemi, bir təyyarə, 10 operativ-taktiki pilotsuz uçuş aparatı və səkkiz texnika məhv edilib”, - Baş Qərargah açıqlayıb.
Baş Qərargah əlavə edib ki, Rusiya ən böyük itkini Baxmut istiqamətində verib.