Ukrayna Rusiyanı Avropa Məhkəməsinə verib

Aktual

24.06.2022 - 08:16

Denis Malyuska: Bu iddianın tərkib hissəsi kimi Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərərçəkmiş tərəflərə pul təzminatının verilməsini tələb edir

Ukrayna Ədliyyə Nazirliyi hərbi əməliyyatla bağlı Avropa İnsan Haqları Məhkəməsində (AİHM) Rusiyaya qarşı iddia qaldırıb. AYNA xəbər verir ki, bu barədə Ukraynanın ədliyyə naziri Denis Malyuska bildirib.

“İddiada Ukrayna Rusiya hakimiyyətini Avropa İnsan Haqları Konvensiyasını pozmaqda ittiham edir. Bu iddianın tərkib hissəsi kimi Ukrayna Rusiya qoşunlarının tamamilə çıxarılmasından əlavə, zərərçəkmiş tərəflərə pul təzminatının verilməsini tələb edir”, - deyə, Malyuska əlavə edib.

Müəllif: Ayna.az