Prezident Zelenski diplomatik münasibətlərin dayandırıldığını açıqladı
Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsib.
AYNA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Facebook” səhifəsində xalqa müraciəti zamanı deyib.
Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukraynaya qarşı müharibənin başladığını bildirib. Ukrayna əraziləri Rusiyanın hava hücumuna məruz qalıb. Döyüşlərin davam etdiyi bildirilir.