Zelenski: “Günəş tankla gələn təsadüfi “turistlər” üçün deyil, yalnız arzuedilən qonaqlar üçün parlayır”
Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna xalqına müraciət edib.
AYNA-nın UNİAN-a istinadən məlumatına görə, müraciətdə deyilir:
“Böyük Ukraynanın böyük xalqı. Mən Ukrayna şəhərlərinə və bu şəhərlərin cəsur sakinlərinə müraciət edirəm. Ukraynanın cənubunda günəş tankla gələn təsadüfi “turistlər” üçün deyil, yalnız arzuedilən qonaqlar üçün parlayır.
Böyük Ukraynanın böyük xalqı. Mən bu ifadəni təsadüfən seçmədim. Çünki həm ölkədə, həm də xaricdə olan ukraynalılara müraciət edirəm. Dövlətinizin müdafiəsi üçün əlinizdən gələni edin. Xalqımızın xilası üçün mübarizə aparın”.