Ukrayna MN Rusiyanın son sutkada itirdiyi hərbçi sayını açıqlayıb

Aktual

20.06.2022 - 10:52

Bu barədə nazirliyin rəsmi "Facebook" səhifəsində bildirilib

Rusiya son sutkada Ukraynada daha 200 hərbçisini itirib. AYNA xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin "Facebook" səhifəsində bildirilib. Bununla da fevralın 24-dən bu gün səhər saatlarınadək Ukraynada həlak olan rusiyalı hərbçilərin sayı 33 800-ə çatıb.

Əlavə olunub ki, ötən dövr ərzində Rusiya Ordusunun 1477 tankı, 3588 zirehli döyüş maşını, 749 artilleriya sistemi, 238 reaktiv yaylım atəşi sistemi, 98 havadan müdafiə sistemi, 216 hərbi təyyarəsi, 181 helikopteri, 2527 avtomobil texnikası və yanacaq çəni, 14 gəmi/kateri, 601 dronu, 55 xüsusi avadanlığı, 130 qanadlı raketi məhv edilib.

Müəllif: Ayna.az