Ukrayna ilə bağlı danışıqlar aprel-may aylarında başlaya bilər

Dünya

27.01.2025 - 11:57

Həkimlər Klinikalar SEO Xidməti

“Əvvəlcə atəşkəs elan ediləcək, bundan sonra sülh danışıqları başlayacaq”

Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması üzrə danışıqlar aprel-may aylarında başlaya bilər. Ondan əvvəl ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş keçirilə bilər. AYNA xəbər verir ki, bu barədə Türkiyənin “Hürriyet” qəzeti məlumat yayıb.

Nəşrin köşə yazarı Əbdülkadir Selvin yazıb ki, danışıqlardan əvvəl atəşkəs elan olunacaq.

“Əvvəlcə atəşkəs elan ediləcək, bundan sonra sülh danışıqları başlayacaq. Danışıqlar prosesində Türkiyə müəyyən missiyanı üzərinə götürə bilər və Prezident Rəcəb Tayyib Ərdoğan həm Putin, həm də Volodimir Zelenski ilə ünsiyyət qura bilən yeganə lider olduğu üçün vasitəçi rolunu oynaya bilər”, yazar qeyd edib.

Selvin xatırladıb ki, Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlar 2022-ci ildə İstanbulda aparılıb: “Ancaq ABŞ və İngiltərə müharibə istədikləri üçün o zaman heç bir razılaşma əldə oluna bilmədi. İndi sülh istəyən Tramp və Putin var. Amerika dəstəyini itirən Zelenskinin danışıqlar masasından qaçmaq şansı yoxdur”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş