Ukrayna Donetskin Marinka şəhərini geri qaytarıb

Dünya

20.04.2022 - 07:48

Həkimlər Klinikalar SEO Xidməti

Baş qərargah: "Rusiya öz qoşunlarının Belarusdan çıxarılmasını davam etdirir"

“Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib”.

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura hücum edib. Vurğulanıb ki, cənubda - İzyum şəhərində Rusiya qüvvələrinin hücumu, ağır itkilər verməsi səbəbindən uğursuzluqla nəticələnib.

Əlavə olunub ki, ukraynalılar Donetsk regionunun Marinka şəhərini əks-hücum əməliyyatı nəticəsində geri qaytara biliblər.

Baş qərargahın məlumatında o da vurğulanıb ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir.

Bildirilib ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələri davam etdirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş