Ukrayna bu ölkələrə qadağa qoydu

Dünya

03.12.2021 - 05:47

Həkimlər Klinikalar SEO Xidməti

"Omikron" ştamına görə məhdudiyyət tətbiq edilib

Ukrayna koronavirusun “Omicron” ştamına görə Afrikanın səkkiz ölkəsindən gələnlərin ölkəyə girişini müvəqqəti dayandırır.

AYNA-nın məlumatına görə, bu barədə Ukrayna Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, bu gündən etibarən son 14 gündə Cənubi Afrika Respublikası, Botsvana, Malavi, Zimbabve, Namibiya, Lesoto, Esvatini və Mozambikdə yeddi gündən çox qalanların ölkəyə girişi müvəqqəti dayandırılır.

Bu ölkələrdən gələn Ukrayna vətəndaşları və Ukraynada yaşayan şəxslər 14 günlük karantində qalacaqlar.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş