Ukrayna Baş Qərargahı Rusiyanın canlı qüvvə itkilərini açıqlayıb

Dünya

16.04.2022 - 13:49

cedabet dərman SEO Xidməti

Ümumilikdə 20 mindən çox hərbçi zərərsizləşdirilib

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

AYNA-nın xəbərinə görə, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın 20 100-ə yaxın hərbçisinin zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hücum edən tərəfin 762 ədəd tankı, 1 982 ədəd zirehli döyüş maşını, 371 ədəd artilleriya sistemi, 125 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 66 hava hücumundan müdafiə sistemi, 163 ədəd hərbi təyyarəsi, 145 ədəd helikopteri, 1 458 ədəd nəqliyyat vasitəsi, 8 ədəd gəmi/kater, 76 ədəd yanacaq çəni, 138 ədəd dronu, 26 ədəd xüsusi texnikası və 4 operativ-taktiki raket kompleksi məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş