Ucarda 42 yaşlı qadın naqillə boğularaq öldürülüb: oğlu saxlanıldı

Hadisə

18.08.2023 - 15:44

Həkimlər Klinikalar SEO Xidməti

Qadının 23 yaşlı oğlu könüllü olaraq istintaqa təslim olub

Avqustun 18-i saat 10:30 radələrində Ucar rayonunun Qaradağlı kənd sakini 1981-ci il təvəllüdlü Şəlalə Qurbanovanın üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, ilkin araşdırma zamanı 2000-ci il təvəllüdlü Faiq Qurbanov aralarında yaranmış mübahisə zamanı yaşadıqları evdə anası Şəlalə Qurbanovanı naqillə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faiq Qurbanov hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Fakta görə Ucar rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş