Üç tüfəng polisə təhvil verilib

Xəbərlər

02.07.2024 - 12:55

Həkimlər Klinikalar SEO Xidməti

Qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirlər davam etdirilir

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, iyulun 1-də polis əməkdaşları 3 ədəd tüfəng təhvil götürüblər.

Həmçinin keçirilən əməliyyat tədbirləri ilə 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.

Müəllif: Ayna.az