Üç Avropa ölkəsinin XİN başçısı Donbassa gedəcək

Dünya

20.01.2022 - 15:42

Avstriya, Çexiya və Slovakiyanın nazirləri fevralın əvvəlində Ukraynaya səfər edəcəklər.

Üç Avropa ölkəsinin xarici işlər nazirləri fevralın əvvəlində Kiyevə və Donbassdakı təmas xəttinə səfər edəcək. 

AYNA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq parlamentdə çıxışı zamanı deyib. 

Nazir qeyd edib ki, Ukraynaya Çexiya və Slovakiyadan olan həmkarları ilə səfər edəcək: "Bununla Ukraynanın suverenliyi və ərazi bütövlüyünün toxunulmazlığına dəstək, həmrəylik nümayiş etdirəcəyik".

“Ukraynanın sərhədi bizə Vorarlberq bölgəsindən daha yaxındır. Bu, həm də öz təhlükəsizliyimizlə bağlıdır”, - Şallenberq bildirib.

Müəllif: Ayna.az