Üç Avropa ölkəsi Fələstinin müstəqilliyini tanıdı

Dünya

22.05.2024 - 11:43

Norveç, İrlandiya və İspaniya Fələstinin müstəqilliyini tanımaq qərarı verib

Norveç Fələstini müstəqil dövlət kimi rəsmən tanıyıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, bu bəyanatla ölkənin Baş naziri Conas Qahr Stere çıxış edib.

“Hökumət Norveçin Fələstin dövlətini tanıması barədə qərar qəbul edib”, deyən Baş nazir qərarın mayın 28-də qüvvəyə minəcəyini bildirib.

Stere vurğulayıb ki, iki dövlətli həll münaqişəni həll edə və “həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizlik təmin olunar bilər”.

Bundan əvvəl “Politico” İrlandiya və İspaniyanın da Fələstini rəsmən tanımağa hazırlaşdığını bildirmişdi.

“İrlandiya Fələstini müstəqil dövlət kimi rəsmən tanıyır”. Bu bəyanatı isə ölkənin Baş naziri Saymon Harris deyib.

Müəllif: Ayna.az