Səfirlik Ukraynadakı Türkiyə vətəndaşlarına müraciət ünvanlayıb
Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdə fəaliyyətini bərpa edib. Bu barədə AYNA Türkiyə mediasına istinadən bildirir.
Səfirlik sosial şəbəkə hesabından paylaşım edərək vətəndaşlara müraciət ünvanlayıb və fəaliyyətlərini bərpa etdiyini açıqlayıb.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi səbəbindən Kiyev ətrafında yaranmış təhlükə ilə bağlı riskləri nəzərə alaraq Türkiyənin bu ölkədəki səfirliyi martın 11-dən işini müvəqqəti olaraq Çernivtsi şəhərinə köçürmüşdü.