Türkiyədəki xizək mərkəzindəki dəhşətli yanğında ölənlərin sayı 66-ya çatıb

Dünya

21.01.2025 - 21:13

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə zamanı 51 nəfər müxtəlif bədən xəsarəti alıb

Türkiyənin Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki oteldə baş verən yanğında ölənlərin sayı 66-ya çatıb. AYNA xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir deyib ki, yanğın tamamilə nəzarət altına alınıb, soyutma işləri aparılır. Hadisə zamanı 51 nəfər müxtəlif bədən xəsarəti alıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yanğınla bağlı açıqlamasında hadisənin dərindən araşdırılması istiqamətində lazımi tədbirlərin başlanıldığını deyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş