Türkiyədə xizək mərkəzindəki yanğınla bağlı həbs olunanların sayı 18-ə çatıb

Dünya

27.01.2025 - 12:29

Həkimlər Klinikalar SEO Xidməti

Bolu bələdiyyə sədrinin müavini, yanğınsöndürmə rəisinin müavini və yanğınsöndürmə idarəsinin əməkdaşı haqqında həbs qərarı çıxarılıb

Türkiyənin Bolu vilayətində Kartalkaya dağ-xizək mərkəzində yerləşən “Grand Kartal” otelində baş verən yanğınla bağlı aparılan istintaq çərçivəsində həbs olunanların sayı 18-ə çatıb. AYNA xəbər verir ki, bu barədə “A haber” telekanalı məlumat yayıb.

Qeyd olunub ki, yanvarın 26-da məhkəmə Bolu bələdiyyə sədrinin müavini Sedat Gülənər, yanğınsöndürmə rəisinin müavini Kənan Coşkun və yanğınsöndürmə idarəsinin əməkdaşı İrfan Acar haqqında əlavə həbs qərarı çıxarıb. Onlar artıq həbsdədirlər və bu statusda istintaqa cəlb olunacaqlar.

İlkin olaraq, müstəntiqlər dörd şübhəlini saxlayıblar. Daha sonra saxlanılanların sayı artıb. Onların arasında otelin sahibi və meneceri, bir neçə işçi və bir sıra yerli məmurlar var. Onlardan bəziləri barəsində prokurorluq həbs qətimkan tədbiri seçib və məhkəmənin qərarı ilə təsdiqlənib.

Öz növbəsində “Grand Kartal” otelinin aşpazı Mustafa Serbest “Milliyet” nəşrinə bildirib ki, binada yanğın siqnalı işləməyib, yanğın nərdivanlarının qapıları taxta olub.

Qeyd edək ki, yanvarın 21-nə keçən gecə Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək mərkəzində yanğın baş verib. “Grand Kartal” otelində baş verən dəhşətli yanğın 78 nəfərin həyatına son qoyub. Yanan otel yalnız 11 saatdan sonra söndürülüb və qurbanların çoxunun şəxsiyyəti yalnız DNT testi ilə müəyyən edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisədə günahkar olanların hamısının cəzalandırılacağına söz verib. O, həmçinin yanğın ətrafında “siyasi polemika” yaradanları vicdanlı olmağa çağırıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş