Türkiyədə sərnişin avtobusu aşıb

Dünya

25.07.2026 - 14:59

Hadisə nəticəsində 40 nəfər xəsarət alıb

Türkiyədə Kırıkkale-Samsun magistral yolunda sərnişin avtobusu aşıb. 42 sərnişindən 40-ı xəsarət alıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyənin "Cumhuriyet" qəzeti məlumat yayıb.

Qəza gecə saatlarında baş verib. Sürücü naməlum səbəbdən idarəetməni itirib, daha sonra avtobus yoldan çıxaraq aşıb. İlkin məlumata görə, yaralananlar arasında xarici vətəndaş yoxdur.

Təcili yardım briqadaları, polis və xilasetmə xidmətləri hadisə yerinə gəlib. Yaralılar Kırıkkale əyalətindəki xəstəxanalara aparılıb və onlara tibbi yardım göstərilib. Polis qəzanın səbəbini araşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş