Məhdudiyyətlərin Avropa İttifaqının qəbul etdiyi yeni sanksiyalar paketi ilə əlaqəli olduğunu ehtimal edilir
Rusiyanın beynəlxalq pul köçürmə xidməti olan "Zolotaya Korona" Rusiyadan Gürcüstan, Ermənistan, Qazaxıstan və bir sıra digər ölkəyə pul köçürməsini dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə "Kod Durova" “Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, məhdudiyyətlərin 23 iyulda Avropa İttifaqının qəbul etdiyi yeni sanksiyalar paketi ilə əlaqəli olduğunu ehtimal edilir.
"Current Time" Rusiya istifadəçiləri üçün nəzərdə tutulmuş "Zolotaya Korona" tətbiqinin artıq əvvəllər mövcud olan bir çox ölkəyə pul köçürmələrinə icazə vermədiyini təsdiqləyib. Xidmət artıq yalnız dörd istiqamətə - Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstana pul köçürmələri təklif edir.
Rusiyada bir çox rusiyalı və əcnəbi vətəndaş "Zolotaya Korona" xidmətindən Gürcüstana və MDB ölkələrinə vəsait köçürməyin son, bəlkə də sonuncu qanuni yollarından biri kimi istifadə edirdi.
İyulun 23-də Avropa İttifaqı Şurası Rusiyaya qarşı 21-ci sanksiya paketini qəbul edib. Siyahıya 218 yeni maddə əlavə edilib - 48 fiziki şəxs və 170 hüquqi şəxs. Xüsusilə, Aİ 94 bankın və iri maliyyə qurumunun aktivlərini dondurub və əməliyyat qadağasını əlavə 33 Rusiya kredit təşkilatına qədər genişləndirib. Sanksiyalar siyahısına həmçinin “Zolotaya Korona” ödəniş sisteminin operatoru və hesablaşma mərkəzi olan "Ödəniş Mərkəzi" təşkilatı da daxildir.