Qanun layihəsinin ilin sonuna qədər qəbulu gözlənilir
Türkiyədə iqlimlə bağlı qanun hazırlanır. AYNA xəbər verir ki, bu barədə Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum Bakıda COP29 Mavi Zonasında “2024-2030-cu illər üçün İqlim Dəyişikliyinə Uyğunlaşma Strategiya və Fəaliyyət Planı”nın təqdimatında deyib.
Nazir qeyd edib ki, yaxın vaxtlarda Türkiyə Böyük Millət Məclisinə göndəriləcək qanun layihəsinin ilin sonuna qədər qəbulu gözlənilir.