Türkiyədə daha 193 nəfər koronavirusdan ölüb

Dünya

23.11.2021 - 01:38

Həkimlər Klinikalar SEO Xidməti

Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 193 nəfər ölüb. AYNA-nın xəbərinə görə, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 361 005 nəfər test edilib, onların 24 856-nın koronavirus testi pozitiv nəticə verib, 28 935 nəfər sağalıb.

Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 473 872 peyvənd tətbiq edilib ki, bunun 90,33 faizi birinci, 80,70 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş