Malidə partlayış nəticəsində 7 BMT sülhməramlısı həlak olub

Dünya

09.12.2021 - 04:12

Həkimlər Klinikalar SEO Xidməti

Avtomobil şosesində partlayıcı qurğu ilə işə salınıb

Malidə magistral yolda kustar üsulla düzəldilmiş bombanın partlaması nəticəsində BMT-nin sabitləşdirmə missiyasının 7 sülhməramlısı həlak olub, daha 3-ü ağır yaralanıb.

AYNA xəbər verir ki, bu barədə missiyanın “Twitter” səhifəsində məlumat verilib.

Qeyd edilib ki, BMT sülhməramlılarının avtomobil karvanı Duenza-Sevara marşrutu ilə hərəkət edərkən Bandiaqara şəhəri yaxınlığındakı RN16 şosesində partlayıcı qurğu ilə işə salınıb.

Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş