Türkiyədə koronavirusla bağlı son vəziyyət açıqlanıb
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 175 nəfər ölüb. AYNA xəbər ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 364 351 nəfər test edilib, onların 27 592-nin koronavirus testi pozitiv nəticə verib, 28 285 nəfər sağalıb.
Nazirlikdən paylaşılan statistikaya görə, Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 119 726 075 peyvənd tətbiq edilib ki, bunun 90,41 faizi birinci, 80,86 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.