Türkiyədə ağır qəza: 15 nəfər ölüb

Dünya

20.08.2022 - 15:39

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə nəticəsində22 nəfərin isə yaralandığı bildirilib

Türkiyədə çox sayda insan ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. AYNA “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Qaziantep-Nizip yolunda qeydə alınıb.

İlkin məlumata görə, yüksək sürətlə hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb və aşıb.

Daha sonra hadisə yerinə gələn təcili tibbi yardım və yanğınsöndürən maşın ərazidə hərəkət edən avtobusla toqquşub.

Hadisə nəticəsində azı 15 nəfərin öldüyü, 22 nəfərin isə yaralandığı bildirilib.

Qeyd olunub ki, dünyasını dəyişənlərdən ikisi jurnalistdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş