Türkiyə YSQ seçkilərin nəticələri ilə bağlı açıqlama yayıb

Dünya

29.05.2023 - 01:50

YSQ-nun sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib

Türkiyə Yüksək Seçim Qurumunun (YSQ) sədri Ahmet Yener prezident seçkilərinin ikinci turunun nəticələri ilə bağlı açıqlama verib.

AYNA xəbər verir ki, YSQ-nun sədri Rəcəb Tayyib Ərdoğanın prezident seçildiyi bildirib.

Onun sözlərinə görə, Ərdoğan 52,14, Kamal Kılıçdaroğlu isə 47,86 faiz səs qazanıb.

Ahmet Yener hələ sayılmayan səslərin nəticəyə təsir etməyəcəyini vurğulayıb.

Müəllif: Ayna.az