Türkiyə səfirliyindən Anım Günü ilə bağlı paylaşım

Xəbərlər

27.09.2022 - 13:37

“Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik”

Türkiyənin Azərbaycandakı səfirliyi 27 sentyabr- Anım Günü münasibəti ilə bağlı paylaşım edib.

AYNA-nın xəbərinə görə, səfirliyin “Twitter” hesabındakı paylaşımda qeyd edilir: “27 sentyabr- Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan azərbaycanlı qardaşlarımızın əziz xatirəsini ehtiramla yad edir, Qarabağdakı bayrağın əbədi dalğalanmasını arzu edirik.

Qarabağ Azərbaycandır!”.

Müəllif: Ayna.az